Bu gün "Baku Open" stolüstü tennis turnirinə start verilib. “İki sahil” xəbər verir ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərirlər. "Şüa İdman Kompleksi"ndə təşkil olunan turnirdə peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq. Qeyd edək ki, sözügedən turnir həmçinin stolüstü tennisin kütləviliyinin və populyarlığının artırılması məqsədi daşıyır.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB