Aprelin 4-də Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin növbəti iclası keçirilib. “İki sahil” xəbər verir ki, iclasda yarışa hazırlıq işlərinin vəziyyəti ətraflı müzakirə olunub.
Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, bu mötəbər beynəlxalq yarışın uğurla keçirilməsi üçün zəruri olan bütün tədbirlər görülür. İclasda logistika məsələləri, marşrutlar üzrə yolların texniki vəziyyəti, təhlükəsizlik tədbirləri, viza təminatı, komandaların qarşılanması və yerləşdirilməsi, onların asudə vaxtlarının təşkili, ölkəmizin görməli yerləri və 4-cü və 5-ci mərhələlərinin keçəcəyi işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri ilə bağlı məlumatların yarış iştirakçılarına çatdırılması, “Eurosport” və “CBC Sport” telekanalları ilə yüksək səviyyəli yayımın təşkili, həmçinin yarış günlərində operativ idarəetmə ilə bağlı məsələlər ətraflı müzakirə edilib, koordinasiyanın gücləndirilməsi, işlərin vaxtında və yüksək səviyyədə tamamlanması üçün əlavə tapşırıqlar verilib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB