Erlinq Holann İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçular siyahısına başçılıq edir.
“İki sahil” xəbər verir ki, "Mançester Siti"nin norveçli hücumçusu ayda 2,63 milyon avro qazanaraq liqanın ən yüksək maaş alan oyunçusu olub.
Siyahının ikinci pilləsində "Liverpul"un oyunçusu Məhəmməd Salah qərarlaşıb. Misirli futbolçunun aylıq qazancı 2 milyon avro təşkil edir.
Üçüncü sıranı isə iki futbolçu bölüşür. Bunlar "Mançester Yunayted"in braziliyalı yarımmüdafiəçisi Kazemiro və "Liverpul"un niderlandlı müdafiəçisi Vircil van Deykdir. Hər iki oyunçunun aylıq gəliri 1,75 milyon avrodur.
İlk "beşliy"i yenə iki futbolçu tamamlayır. "Mançester Yunayted"in portuqaliyalı kapitanı Brunu Fernandeş və "Arsenal"ın vingeri Bukayo Saka ayda 1,5 milyon avro qazanır.
Qeyd edək ki, turnir cədvəlinə 70 xalla "Arsenal" başçılıq edir. "Mançester Siti" 61 xalla ikinci, 55 xala malik "Mançester Yunayted" isə üçüncüdür.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB