Qadın güləşi üzrə U17 milli komandamız Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.
“İki sahil” xəbər verir ki, aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir. Milli komandanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində bütün yeniyetmə güləşçilər üçün ustad dərsi keçib. O, masterklassda müxtəlif fəndlərin icrasını nümayiş etdirib.
Qeyd edək ki, komandamız Avropa çempionatına hazırlıq çərçivəsində növbəti toplanışı aprelin 6-dan 24-dək Bakıda keçəcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB