Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saran qəzaya düşüb.
“İki sahil” xəbər verir ki, hadisə funksioner avtomobili ilə evindən stadion istiqamətində hərəkət edərkən baş verib.
Klub rəhbərinin vəziyyətinin yaxşı olduğu bildirilib. Sürücüsü isə yüngül xəsarət alıb. Hadisə nəticəsində avtomobilə müəyyən zərər dəyib. Məlumata görə, qəzadan sonra Sadettin Saran ayağında, qolunda və boynunda ağrı hiss etməsinə baxmayaraq, klub binasına gedib və orada rəhbərliklə keçirilən toplantıda iştirak edib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB