Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasından “İki sahil”ə verilən məlumata görə, qarşılaşmalar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Günün ilk matçında, saat 15:00-da "Abşeron" ilə "Milli Aviasiya Akademiyası" komandaları münasibətləri aydınlaşdıracaqlar. Saat 17:00-da isə UNEC – "Gəncə" oyunu start götürəcək.
Xatırladaq ki, ötən gün bu raudun ilk görüşlərində "Azərreyl" "DH Volley"ə, "Murov Az Terminal" isə Turan"a 0:3 hesabı ilə uduzub. 1/4 final mərhələsinin cavab matçları aprelin 2-3-də keçiriləcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB