28 mart 2026 11:19
129

Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır

Birləşmiş Ştatlar və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bəhreyn və Küveytin hava məkanlarında dayandırılmış uçuşlar artıq 29-cu gündür ki, bərpa edilmir.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.

Qeyd olunub ki, Bəhreyn və Küveyt üzərindəki hava məkanı əlavə olaraq 12 saat - bu gün yerli vaxtla saat 16:00-dək (Bakı vaxtı ilə 20:00 - red.) qapalı qalacaq.

Həmin hava məkanlarından istifadə edərək üçüncü dövlətlərə tranzit uçuşlar edən təyyarələrin də hərəkəti qadağan edilir.

Eyni zamanda, agentliyi məlumatlandıran mənbə vurğulayıb ki, Bəhreyn yalnız Manama aeroportundan qonşu Səudiyyə Ərəbistanı istiqamətində ən qısa hava dəhlizi ilə xüsusi buraxılış əsasında fərdi uçuşların icrasına şərait yaradır.