Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin xarici işlər nazirləri Feysal ibn Fərhan Əl Səud, Hakan Fidan və Bədr Əbdüləti mart ayının 29-30-da İslamabada səfər edəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.
Qeyd edilir ki, səfər Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın dəvəti ilə baş tutacaq.
"Səfər çərçivəsində xarici işlər nazirləri regionda (Yaxın Şərq - red.) gərginliyin azaldılması səyləri də daxil olmaqla, geniş spektrli məsələlərə dair ətraflı müzakirələr aparacaqlar. Onlar həmçinin baş nazirlə görüşəcəklər. Səfər Pakistanın bu ölkələrlə qarşılıqlı maraq kəsb edən bir çox istiqamətlərdə əməkdaşlığı və koordinasiyasının daha da gücləndirilməsinə töhfə verəcək", - XİN-in məlumatında deyilir.