28 mart 2026 14:10
94

PUA hücumları nəticəsində Küveyt hava limanının RLS-i zədələnib

Küveyt beynəlxalq hava limanı pilotsuz uçuş aparatlarının silsilə hücumlarına məruz qalıb, nəticədə limanın radiolokasiya sistemi (RLS) ciddi şəkildə zədələnib.

“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Əsas infrastrukturun zədələnməsinə baxmayaraq, xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Əmirliyin mülki aviasiya idarəsinin nümayəndəsi əlavə edib ki, qəza-xilasetmə briqadaları və səlahiyyətli orqanlar insidentin nəticələrinin aradan qaldırılmasına başlayıblar.