“Yağışlı havada bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm”.
“İki sahil” xəbər verir ki, bu sözləri “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya seçməsinə 6:1 hesabı ilə qalib gələn Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O, belə havada oynamağın çətin olduğunu, lakin futbolçuların oyuna yaxşı kökləndiyini bildirib: “Heyətdə yeni futbolçular var. Çalışdıq ki, oyunçuları matça yaxşı kökləyək. Uşaqlar sonadək döyüşdülər. Syerra Leone ilə matçda fərqli sistemdə oynayacağıq”.
Mütəxəssis millinin matçlarında nəticənin önəmli olduğunu vurğulayıb: “Oyunçularımda qol vurmaq və qalibiyyət istəyi var idi. UEFA Millətlər Liqasında qalib gəlmək məcburiyyətindəyik. Yığmada rəqabət var”.
“Ötən gün mətbuat konfransında yığmanın tarixində ən böyükhesablı qalibiyyəti əldə etməsinə də toxundular. Mən futbolçulara tapşırıq verməmişdim ki, mütləq rekorda imza atmalıyıq. Sadəcə, qollar vurub, qalib gəlmək istəyirdik. Əlbəttə ki, bu nəticə də bizi xoşbəxt edir”, - deyə baş məşqçi əlavə edib.