AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 19-cu turunda baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.
“Araz Saatlı” – “Quba” oyunu “Araz Saatlı” komandasının formasında problem olması səbəbindən gec başladığına görəklub 150 manat cərimə edilib. "Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.
Oyunun 85-ci dəqiqəsində “Quba” komandasının 9 nömrəli futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyunluq cəzalanıb, klubu 300 manat cərimə edilib.
“Şirvan” – “Şəki Siti" oyununda “Şirvan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 300 manat cərimə edilib. Oyunda qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.
“Kür-Araz” – “Qaradağ Lökbatan” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib. Matçın 77-ci dəqiqəsində “Kür-Araz” komandasının futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyunluq cəzalanıb, klubu 1000 manat cərimə edilib.
“Ağdaş” – “Şəmkir” oyununun 73-cü dəqiqəsində “Şəmkir” komandasının futbolçusu İbrahim Camalov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalanıb, klubu 50 manat cərimə edilib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB