Azərbaycan millisinin "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
"İki sahil" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Giorgi Kruaşviliyə Levan Varamişvili və Giorgi Elikaşvili köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.
Qeyd edək ki, martın 27-də baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB