UFC-nin iki çəkidə keçmiş çempionu Konor Makqreqor promouşenə qayıtdığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İrlandiyalı döyüşçü bu işin onun üçün asan və şərəf olduğunu, döyüş biznesini oyun kimi gördüyünü qeyd edib. K.Makqreqor tezliklə yenidən rinqə çıxacağı üçün həyəcanlı və hər zaman hazır olduğunu vurğulayıb.
İrlandiyalı döyüşçünün iyulun 11-də Las-Veqasda keçiriləcək UFC turnirində iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Makqreqor sonuncu dəfə 2021-ci il iyulun 10-da amerikalı Dastin Porye ilə döyüşdə texniki nokautla məğlub olub. Karyerası ərzində UFC-də ümumilikdə 28 döyüş keçirən idmançı bunların 22-də qələbə qazanıb, 6-da isə məğlubiyyətlə üzləşib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB