İngiltərənin "Tottenhem" klubunun baş məşqçi postu üçün əsas namizədlər müəyyənləşib.
“İki sahil”in "The Telegraph"a istinadən məlumatına görə, London təmsilçisi hazırkı baş məşqçi İqor Tudorun mövsüm başa çatdıqdan sonra komandada qalması variantını istisna edir. Tudor fevral ayında Tomas Frankın istefasından sonra klubla yayadək müqavilə imzalayıb. Hazırda baş məşqçi postuna əsas namizədlər Roberto De Zerbi və əvvəllər də "Tottenhem"də işləmiş Maurisio Poçettinodur. Məhz Poçettinonun rəhbərliyi altında komanda 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəliblər.
Qeyd edək ki, "Tottenhem" 31 turdan sonra 30 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB