Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo üzrə yığması Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib. Hazırlıq prosesinə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edir. Təlim düşərgəsinə ümumilikdə 18 cüdoçu cəlb olunub. Komanda aprelin 4–5-də Gəncədə təşkil olunacaq yeniyetmələr arasında Avropa Kubokuna hazırlıq keçir.
Qeyd edək ki, martın 26-da başa çatacaq təlim-məşq toplanışında 14 ölkədən 400-ə yaxın idmançı yer alıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB