"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də "Nyu-York Siti"yə qarşı keçirilən matçda (3:2) cərimə zərbəsindən vurduğu qolla dünya futbol tarixinə növbəti imzasını atıb.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı ulduz bu qolla karyerası ərzində cərimə zərbələrindən vurduğu qolların sayını 71-ə çatdırıb. Bununla da o, əfsanəvi braziliyalı Peleni (70 qol) geridə qoyaraq, futbol tarixində cərimə zərbələrindən ən çox qol vuran futbolçular siyahısında ikinci pilləyə yüksəlib. Hazırda bu siyahıda birinci yerdə 77 qolla digər braziliyalı Juninyo Pernambukano qərarlaşıb.
Qeyd edək ki, bu qələbədən sonra "İnter Mayami" 5 oyundan topladığı 10 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik "Nyu-York Siti" isə ikinci yerdədir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB