Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib. “İki sahil” xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə bir cüdoçumuz fəxri kürsüdə yer alıb.
-66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov finala gedən yolda Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstan təmsilçilərini ipponla məğlub edib. Həlledici görüşdə Qazaxıstan idmançısı Nurkanat Serikbayevə yuko xalı ilə məğlub olan idmançımız gümüş mükafata layiq görülüb. Bu, 23 yaşlı cüdoçumuzun yeni çəkidə ilk, karyerasında isə dördüncü Böyük Dəbilqə medalı olub.
Qeyd edək ki, sabah daha 4 cüdoçumuz tatamiyə çıxacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB