Misli Premyer Liqasının 25-ci turunun son yarışında “Turan Tovuz” “Qəbələ” ilə qarşılaşıb.
“İki sahil” yazır ki, 3-cü dəqiqədə Hayderson Hurtado hesabı açıb. 27-ci dəqiqədə Eşqin Əhmədov qonaqların bərabərlik qolunu vurub.
49-cu dəqiqədə Hayderson Hurtado özünün və komandasının ikinci qolunu vurub. 59-cu dəqiqədə isə Joarlem Santos “Turan Tovuz”un üstünlüyünü iki qola yüksəldib.
Yarışda son nöqtədi tovuzluların futbolçusu Roderik Miller qoyub. O 90+7-ci dəqiqədə topu öz qapısından keçirib - 3-2.
Yarış bu hesabla da başa çatıb.
Qeyd edək ki, bu qarşılaşmadan sonra milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında aprelin 5-ə qədər fasilə yaranacaq.
Misli Premyer Liqası,
25-ci tur
21 mart (şənbə)
16:00. “Turan Tovuz” 3-2 “Qəbələ”
Qollar: Hayderson Hurtado, 3 (1-0), Eşqin Əhmədov, 27 (1-1), Hayderson Hurtado, 49 (2-1), Joarlem Santos, 59 (3-1), Roderik Miller, 90+7-avtoqol (3-2)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB