Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək. “İki sahil” xəbər verir ki, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.
Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar. Məşqlər Bakıda təşkil olunacaq Böyük İpək Yolu beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Böyük İpək Yolu yarışı aprelin 2-7-də baş tutacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB