Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, ikinci oyun günündə daha 7 cavab matçı keçiriləcək.
İtaliya təmsilçiləri “Roma” və “Bolonya” paytaxtda üz-üzə gələcəklər. Bu komandaların ilk görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Gecənin digər matçlarında isə “Frayburq” “Genk”i, “Lion” “Selta”nı, “Midtüllann” “Nottinqem Forest”i, “Aston Villa” “Lill”i, “Real Betis” “Panatinaikos”u, “Portu” isə “Ştutqart”ı qəbul edəcək. Matçlar Bakı vaxtı ilə saat 21:45 və 00:00-da başlayacaq.
UEFA Avropa Liqası
1/8 final mərhələsi
19 mart
21:45. “Frayburq” (Almaniya) - “Genk” (Belçika)
İlk oyun 0:1
21:45. “Lion” (Fransa) - “Selta” (İspaniya)
İlk oyun 1:1
21:45. “Midtüllann” (Danimarka) - “Nottinqem Forest” (İngiltərə)
İlk oyun 1:0
00:00. “Roma” (İtaliya) - “Bolonya” (İtaliya)
İlk oyun 1:1
00:00. “Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)
İlk oyun 1:0
00:00. “Real Betis” (İspaniya) - “Panatinaikos” (Yunanıstan)
İlk oyun 0:1
00:00. “Portu” (Portuqaliya) - “Ştutqart” (Almaniya)
İlk oyun 2:1.
Qeyd edək ki, Avropa Liqasında 1/4 finalın ilk iştirakçısı artıq məlumdur. “Braqa” Portuqaliyada Macarıstanın “Ferensvaroş” klubunu 4:0 hesabı ilə darmadağın edərək adını növbəti mərhələyə yazdırıb.