Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) Novruz bayramı ilə əlaqədar tədbir təşkil edəcək. Bayram tədbiri martın 21-də saat 13:00-dan etibarən Bakı bulvarında, Qız Qalası ilə üzbəüz dəniz kənarında keçiriləcək. “İki sahil” xəbər verir ki, sakinlər üçün açıq təşkil olunacaq Novruz şənliyində avarçəkənlər akademik avarçəkmə, kayak, kanoe və draqon qayıqlarında su üzərində nümunəvi çıxışlar nümayiş etdirəcəklər. Avarçəkmə qayıqlarını bayraqlarla müşayiət edən skuterlər rəngli görüntülər yaradacaq. Həmçinin paytaxt sakinləri üçün maraqlı viktorinalar, əyləncələr təşkil olunacaq.
Daha bir yenilik isə yelkənli qayıq idman növü ilə bağlıdır. Azərbaycan Su İdman Növləri Federasiyası Novruz bayramında yelkənli qayıq idman növünü uzun fasilədən sonra Bakıya qaytaracaq. Avarçəkmə qayıqları ilə yanaşı yelkənli qayıqlar da Novruz şənliyində Xəzərin sularını bəzəyəcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB