Martın 17-də Macarıstanın Debretsen şəhərində kişi və qadın boksçular arasında beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
“İki sahil” xəbər verir ki, Debretsendə məşqçilər Rafiq İsmayılovla Rəhim Allahverdiyevin rəhbərliyi altında rinqə Amin Məmmədzadə (55 kq), Nəbi İsgəndərov, Nicat Alırzayev (hər ikisi 70 kq), Abbasqulu Şadlinski (75 kq), Həsən Osmanlı (80 kq), Ramal Həsənli, Rauf Rəhimov (hər ikisi 85 kq), Zeynəb Rəhimova (54 kq) və Emili Rzayeva (60 kq) çıxacaqlar.
Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB