Martın 14-də cüdo üzrə U-16 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin II turu start götürüb.
“İki sahil” xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə 152 cüdoçu mübarizəyə qoşulub. Qızlar -40 kq, -48 kq, -57 kq, -70 kq; oğlanlar isə -50 kq, -60 kq, -73 kq və -90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
Qeyd edək ki, “İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
Mükafatçıları təqdim edirik:
Qızlar
-40 kq
1. Sofiya Bikova (Maştağa İK)
2. Zəhra İsmayılova (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
-48 kq
1. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Fatimə Muradlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Mələk Mehdizadə (Şuşa UGİM)
3. Zəhra Əlizadə (RKİM)
-57 kq
1. Zöhrə Ağazadə (Neftçi İK)
2. Aysu Mədətli (Mingəçevir UGİM)
3. Aytən Səmədli (Mingəçevir UGİM)
3. Alsu Musayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-70 kq
1. Dəniz Əlizadə (Sumqayıt OİK)
2. Xədicə Quluzadə (Şuşa UGİM)
3. Aidə Manafli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
Oğlanlar
-50 kq
1. Fərid Rzazadə (Pirşağı-Kürdəxanı İK)
2. Aqil Nağıyev (RKİM)
3. Yusif Əlizadə (Neftçi İK)
3. Nihad Quluzadə (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
-60 kq
1. Toğrul Quliyev (FHN İSK)
2. Ayxan Abbaszadə (Goranboy UGİM)
3. Raul Əlizadə (Sərhədçi İM)
3. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
-73 kq
1. Tuncay Ağazadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Cahid Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. Hüseyn Hüseynov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Cavidan Ağa (Qəbələ İK şəhər)
-90 kq
1. Kamran Hacıyev (Neftçi İK)
2. Valeh Sadıqlı (Yevlax)
3. Qəzənfər Murad (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Kənan Məmmədov (RKİM)
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB