13 mart 2026 17:39
98

ABŞ İrandakı məktəbə endirilən zərbə ilə bağlı araşdırmaya başlayıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı məktəbə endirilən zərbə faktı ilə bağlı araşdırma aparır.

“İki sahil” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu mətbuat konfransı zamanı ABŞ-nin müharibə naziri Pit Heqset bəyan edib.

"Bu araşdırma hadisə ilə bağlı bütün halların nəzərdən keçirilməsi üçün nə qədər vaxt lazımdırsa, o qədər davam edəcək", - o deyib.

Nazirin sözlərinə görə, araşdırmanın aparılması üçün CENTCOM hərbi müstəntiq təyin edib. O dəqiqləşdirib ki, bu zabit komandanlığın tərkibinə daxil deyil.