Müharibə başlayandan indiyədək Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrail hərbçiləri İranın daxilində 15 mindən çox hədəfə zərbə endirib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin müharibə katibi Pit Heqset keçirdiyi mətbuat konfransında məlumat verib.
"Bu, gündə 1000-dən çox zərbə deməkdir. Dünyanın heç bir başqa ölkəsi bunu edə bilməz",- deyə o əlavə edib.