13 mart 2026 13:52
85

İranda mitinq keçirilən ərazidə partlayış olub

İranda “Qüds Günü” yürüşləri zamanı paytaxt Tehranda mitinq keçirilən ərazidə partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Məlumata görə, paytaxtın cənub-şərq hissəsinə zərbə endirilib və hadisə yerinə təcili yardım qrupları göndərilib.

Hadisədən əvvəl İsrail Müdafiə Qüvvələri sosial şəbəkədə paylaşdığı xəritələrlə Tehranın bəzi bölgələri olan, Çaharrah-e Vəliəsr, Tovhid meydanı və Villalar məhəlləsi ərazilərində yaşayan sakinlərə təcili təxliyə xəbərdarlığı etmiş və bu ərazilərə hücum edilə biləcəyini bildirmişdi.