13 mart 2026 13:58
94

Fransanın Hörmüz boğazına gəmi göndərmək planı yoxdur

Fransanın hələlik Hörmüz boğazına gəmilər göndərmək planı yoxdur.

“İki sahil” xəbər verir ki, Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votrin bu barədə "France 24" telekanalında bildirib.

"Hazırda Hörmüz boğazına hər hansı gəmi göndərmək barədə heç bir plan yoxdur", - deyə o bildirib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün bir missiyanın yaradılmasının vacibliyini açıqlayıb.

Əlavə edək ki, ötən gün İranın Ali Lideri Ayətullah Müctəba Xamenei bildirib ki, Tehran düşmənə təzyiq göstərmək üçün Hörmüz boğazını bağlamaq qabiliyyətini qoruyub saxlamalıdır.