07 mart 2026 00:22
181

Misirin Dokki bölgəsində “Maidə” təşəbbüsü çərçivəsində iftar süfrəsi təşkil olunub

Misirli könüllülərin “Maidə” təşəbbüsü çərçivəsində mübarək Ramazan ayı münasibətilə Qahirənin Dokki bölgəsində növbəti iftar süfrəsi təşkil edilib.

“İki sahil” xəbər verir ki, iftar tədbirinin təşkilinə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) maddi, Azərbaycanın Misirdəki səfirliyi təşkilati dəstək göstərib. Təşəbbüs çərçivəsində hazırlanan 1000 pay yemək oruc tutanlara paylanıb və yüzlərlə insan üçün iftar süfrəsi açılıb.

Tədbirdə Azərbaycanın Misirdəki səfirliyin əməkdaşları və ailə üzvləri də iştirak ediblər. Tədbir haqqında məlumat sosial şəbəkələrin Misir seqmentində paylaşılıb.

“Maidə” təşəbbüsü Ramazan ayı ərzində könüllülərin iştirakı ilə iftar süfrələrinin təşkilini və ehtiyacı olanlara yemək paylanmasını həyata keçirən sosial layihələrdən biridir. 2017-ci ildə təsis edilən bu təşəbbüs gənclər arasında həmrəylik və könüllülük ənənələrinin təşviqinə xidmət edir.