14 noyabr 2026 13:31
42

55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işəgötürənlərlə əməkdaşlıq şəraitində hazırda daha 55-dək peşə və kvalifikasiya standartı hazırlanır və 84 standartın isə yenilənməsi işləri aparılır.

“İki sahil” xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən, hazırlanmaqda olan yeni standartlar maliyyə-mühasibatlıq, nəqliyyat-loqistika, emal sənayesi və s. sahələri əhatə edir. Ümumilikdə son illərdə Nazirlik tərəfindən 1700-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq olunub.

Təsdiq edlən standartlar Nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilib.

Bu standartlar konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununu, əmək şəraiti ilə bağlı minimum tələbləri, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını özündə əks etdirir.

Kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında peşə və kvalifikasiya standartları əsas baza rolunu oynayır.