06 mart 2026 21:53
202

Marko Rubio: İranla müharibə daha bir neçə həftə davam edəcək

ABŞ dövlət katibi Marko Rubio dünən bır sıra ərəb ölkələrinin xarici işlər nazirləri ilə telefon danışıqlarında bildirib ki, İranla müharibə daha bir neçə həftə davam edəcək.

“İki sahil” "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Bildirilib ki, Rubio ərəb nazirlərə ABŞ-nin diqqətini İranın raket qurğularına və istehsal meydançalarına zərbələr endirməyə yönəltdiyini deyib.

Dövlət katibi qeyd edib ki, hərbi əməliyyatın məqsədi İranda rejim dəyişikliyi deyil, ancaq etiraf edib ki, ABŞ İranı başqa adamların idarə etməsini istəyir.

Rubio əlavə edib ki, hazırda mövcud hakimiyyətlə dialoq yoxdur, çünki indiki mərhələdə bu cür təmaslar hərbi məqsədlərə xələl gətirəcək.