Almaniya kansleri Fridrix Merts bildirib ki, İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Biz istəmirik ki, burada (İranda – red.) Suriya ssenarisi təkrarlansın", – Merts deyib.
Onun sözlərinə görə, İranda uzun çəkən hərbi əməliyyatlar onun parçalanmasına, Avropada yeni miqrasiya böhranına və uzunmüddətli iqtisadi böhrana gətirib çıxara bilər.
Kansler ABŞ və İsrail liderlərini bu ölkənin sabitləşməsi üçün mümkün qədər tez şərait yaratmağa çağırıb.
Merts bildirib ki, hazırda Yaxın Şərqdəki böhranın Almaniya iqtisadiyyatına təsiri minimaldır.
"Lakin əgər bu münaqişə daha uzun çəkərsə və Yaxın Şərqin böyük bir hissəsinə yayılarsa, əlbəttə ki, bu, daha genişmiqyaslı nəticələrə səbəb ola bilər", – Merts deyib.
Kansler ayrıca bəyanatında Almaniyanın İranın nüvə proqramının məhv edilməsi məqsədini İsrail və ABŞ ilə birlikdə dəstəklədiyini açıq şəkildə bildirib. Bununla belə, o əlavə edib ki, bu, bütün İran dövlətinin dağılmasına gətirib çıxarmamalıdır.
"Sonsuz müharibə bizim maraqlarımıza uyğun deyil", – o deyib.