06 mart 2026 21:34
190

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) davam edən hərbi-siyasi gərginlik və hava məkanının bağlanması fonunda qazaxıstanlılara Yaxın Şərqin bir sıra ölkələrinə səfərlərdən müvəqqəti imtina etməyi tövsiyə edib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin XİN-i məlumat yayıb.

Qeyd edilib ki, ölkə vətəndaşlarına regionda aktiv hərbi əməliyyatların dayanmasını və vəziyyətin tam normallaşmasını gözləmək tövsiyə olunub.

XİN-də vurğulanıb ki, mövcud vəziyyətlə əlaqədar qazaxıstanlılar Bəhreyn, Misir, İsrail, Yəmən, İordaniya, İraq, İran, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Suriyaya səfərlərdən çəkinməlidirlər.

Nazirlik həmçinin vətəndaşları dövlət orqanlarının rəsmi məlumatlarını diqqətlə izləməyə və Qazaxıstanın xaricdəki diplomatik nümayəndəliklərinin tövsiyələrini nəzərə almağa çağırıb.