04 mart 2026 15:40
149

AAYDA: Fevralda paytaxt ərazisində 9124 m² sahədə cari təmir işləri aparılıb

Fevral ayında Bakı şəhərində ümumilikdə 9 124,9 kvadrat metr sahədə cari təmir işləri həyata keçirilib.

“İki sahil” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən  xəbər verir ki, yanvar ayında bu göstərici 8 053,3 kvadrat metr təşkil edib.

Beləliklə, fevral ayında aparılan təmir işlərinin həcmi əvvəlki ayla müqayisədə 13,3 % artıb və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. 

Şəhər ərazisində hərəkətin rahat və təhlükəsiz olması üçün cari təmir tədbirləri mərhələli şəkildə davam etdirilir.