04 mart 2026 21:21
101

Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib

Londonda Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays ilə görüş keçirdik.

“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində rəsmi səhifəsində paylaşıb.

“Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində süni intellekt, kibertəhlükəsizlik və texnologiya istiqamətlərində əməkdaşlığın perspektivlərini müzakirə etdik. Eyni zamanda, fiziki və rəqəmsal bağlantıların genişləndirilməsi, süni intellektəsaslı data mərkəzlərinə sərmayə imkanları, rəqabətədavamlı enerji resursları, nəqliyyat infrastrukturunun inkişafı, Böyük Britaniya universitetləri ilə birgə kadr hazırlığı proqramlarının həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.