Moskva məhkəməsi Telegram Messenger Inc. şirkətini 7 milyon rubl məbləğində cərimələyib. Qərar messencer platformasında Rusiyada qadağan edilmiş məlumatların təkrar silinməməsi ilə əlaqədar qəbul edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Məhkəmə materiallarına əsasən, inzibati protokol Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.50-ci maddəsinin 3-cü hissəsi üzrə tərtib olunub. İddialara görə, Telegram-da alkoqol məhsulları barədə məlumatlar və Rusiyada “ekstremist” kimi tanınaraq qadağan edilmiş “beynəlxalq LGBT hərəkatı” ilə bağlı materiallar silinməyib. Qanunvericiliyə görə, bu cür məlumatların yayılması və ya vaxtında aradan qaldırılmaması platforma üçün inzibati məsuliyyət yaradır.
Məsələ bununla da məhdudlaşmır. Roskomnadzor fevralın 10-dan etibarən Telegram-a qarşı texniki məhdudiyyətləri gücləndirib və platformanın fəaliyyətinin ləngidildiyini açıqlayıb. Qurum bunu Rusiya qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ilə əsaslandırır. Nəzarət orqanı bildirir ki, qadağan olunmuş məzmunun silinməməsi milli təhlükəsizlik və ictimai sabitlik baxımından risk yaradır.
Macarıstan və Slovakiya neft üzrə KRİTİK EHTİYATLARDAN İSTİFADƏ ETMƏYƏ BAŞLAYIBLAR
Türkiyə–Ermənistan və Azərbaycan–Ermənistan normallaşma prosesləri paralel aparılır