25 fevral 2026 16:01
94

NATO uzunmüddətli münaqişəyə hazır deyil - “Bloomberg”

NATO-nun dəniz qrupunun komandanı, vitse-admiral Joaquin Ruiz Escagedo bildirib ki, alyans hazırda uzunmüddətli münaqişəyə Rusiya qədər hazır deyil.

“İki sahil” xəbər verir ki, o, bu fikirləri “Bloomberg” agentliyinə müsahibəsində səsləndirib.

Eskagedonun sözlərinə görə, NATO son illərdə zəruri səviyyədə hərbi təlimlər keçirməyib və mövcud imkanların bərpası və genişləndirilməsi üçün təcili tədbirlər görülməlidir. “Biz lazım olduğu kimi təlimlər keçirməmişik və bu imkanları mümkün qədər tez bərpa edib artırmalıyıq”, — deyə o vurğulayıb.

Ukrayna müharibəsi fonunda NATO ölkələri müdafiə xərclərini artırmaq, hərbi sənayeni gücləndirmək və birgə təlimləri genişləndirmək istiqamətində addımlar atır. Bununla belə, alyans daxilində uzunmüddətli və intensiv qarşıdurmaya hazırlıq səviyyəsi ilə bağlı müzakirələr davam edir.