25 fevral 2026 12:05
126

Pakistanda terror aktı: 4 polis həlak olub

Pakistanın Pəncab əyalətinin Bhakkar rayonunda kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı dörd polis həlak olub, üç nəfər isə yaralanıb.

“İki sahil”  Sinxua agentliyinə istinadla xəbər verir ki, hücum polis məntəqəsinin yaxınlığında baş verib. Partlayışdan sonra polis və xilasetmə qrupları hadisə yerinə çataraq yaralıları yaxınlıqdakı xəstəxanaya aparıblar. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və axtarış əməliyyatına başlayıb.

Hücumun məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.