Amerikalı milyarder İlon Maska məxsus olan “Tesla” şirkəti iki mühərrikli tam ötürücülü qurğuya malik “Tesla Cybertruck” modelinin yeni versiyasını 60 000 dollardan başlayan qiymətlə təqdim edib.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu, hazırda modelin ən əlçatan variantıdır.
Enerji doldurma yürüş məsafəsi 523 km-ə qədərdir, 0-dan 100 km/saat sürətə yığılması 4,1 saniyə çəkir, maksimal enerji doldurma gücü isə 325 kVt-a çatır.
Pikap 3400 kq-a qədər qoşqu çəkmək qabiliyyətinə malikdir və elektrik ötürücülü qapağa sahib yük platforması ilə təchiz olunub. Bundan əlavə, avtomobildə iki 120 V və bir 240 V rozetka mövcuddur. Yol klirensi 25,4 sm, çəkisi isə 2950 kq təşkil edir.
Təchizata adaptiv amortizatorlu yaylı asqı sistemi, bütün mövsümlər üçün nəzərdə tutulmuş şinlərlə təchiz edilmiş 18 düymlük təkərlər və aşınmaya davamlı tekstil salon daxildir.
Salonunda 18,5 düymlük mərkəzi displey quraşdırılıb, lakin arxa sərnişinlər üçün ayrıca 9 düymlük ekran nəzərdə tutulmayıb.