20 fevral 2026 21:51
123

FT: Macarıstan Aİ-nin Ukraynaya 90 milyard avro kredit ayırmasını bloklayıb

Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmasını bloklayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, fevralın 20-də Macarıstanın Aİ yanındakı daimi nümayəndəsi vəsaitin ayrılmasına etiraz edib. O, son anda Aİ büdcəsinin təminatı altında birgə borcun buraxılmasına veto qoyub.

Belə bir qərarın qəbul edilməsi Avropa İttifaqının bütün 27 üzvünün yekdil dəstəyini tələb edir.