19 fevral 2026 17:59
96

Aİ Şurası SEPAH-ı terror təşkilatı kimi tanıyıb

Avropa İttifaqı (Aİ) Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aİ-nin terror təşkilatları siyahısına daxil edilməsi barədə qərar qəbul edib.

“İki sahil”  bu barədə şuranın bəyanatına istinadla xəbər verir.

"SEPAH həmçinin Aİ-nin terrorla mübarizə üzrə sanksiyalar rejimi çərçivəsində məhdudlaşdırıcı tədbirlərə məruz qalır. Bu, onun Aİ-yə üzv dövlətlərdəki vəsaitlərinin, digər maliyyə aktivlərinin və ya iqtisadi resurslarının dondurulmasını, həmçinin Aİ operatorlarına bu qrupa vəsait və iqtisadi resurslar təqdim etməyin qadağan edilməsini nəzərdə tutur", - məlumatda qeyd olunub.

Hazırda 13 şəxs, 23 qrup və təşkilat Aİ-nin terror təşkilatları siyahısı çərçivəsində məhdudlaşdırıcı tədbirlərə məruz qalır.