Bu gün səhər saatlarında Moskvanın “Bitsevsky Park” metro stansiyasında sərnişinlər arasında narahatlıq yaradacaq xəbərlər yayılıb. Sosial şəbəkələrdə stansiyada partlayışın baş verməsi və ya digər qanunsuz hərəkətlərin olması barədə məlumatlar paylaşılıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi bunu təkzib edib.
Məlumata görə, səhər saatlarında qatarın maşinisti elektrik qatarında texniki nasazlıq aşkar etdikdən sonra yoxlama məqsədilə hərəkəti dayandırıb. Nazirliyin mətbuat xidməti bildirib ki, sərnişinlərin təhlükəsizliyinə heç bir təhdid yoxdur və Butovskaya xətti üzrə hərəkət cədvələ uyğun davam edir.