12 fevral 2026 19:20
121

Ərdoğan Vuçiçlə görüşüb

Serbiya Prezidenti Aleksandar Vuçiçin Türkiyəyə səfəri başlayıb.

“İki sahil” "Haber Global"a istinadla xəbər verir ki, Vuçiçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Geniş tərkibdə görüşün ardınca ikitərəfli sazişlərin imzalanma mərasimi olacaq. Sonda Ərdoğan və Vuçiç mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.