12 fevral 2026 11:44
145

NBA oyununda baş verən insidentə görə 4 basketbolçu cəzalandırılıb

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) “Şarlot Hornets” - “Detroyt Pistons” oyununda baş verən insidentə görə 4 oyunçuya cəza verilib.

“İki sahil” xəbər verir ki, davada iştirak edən Ayzeya Stüart 7, Maylz Briks və Mussa Diabate hərəyə 4, Ceylen Düren isə 2 oyunluq diskvalifikasiya olunublar.

Hadisə matçın üçüncü hissəsində Ceylen Dürenlə Mussa Diabate arasında yaranan gərginlikdən sonra başlayıb və digər oyunçuların müdaxiləsi ilə böyüyüb. Nəticədə adıçəkilən oyunçular meydandan kənarlaşdırılıblar. Oyunun son hissəsində hakimə etiraz edən “Şarlott Hornets”in baş məşqçisi Çarlz Li də texniki zonadan qovulub.

Qeyd edək ki, görüş qonaqların 110:104 hesablı qələbəsi ilə başa çatıb.