12 fevral 2026 10:32
143

Qadın güləşi üzrə millimiz Macarıstanda təlim-məşq toplanışına başlayıb

Fevralın 9-da Tatabanya şəhərində startı verilən hazırlıq prosesində Macarıstan, Litva, Almaniya, Finlandiya, Yaponiya, Rusiya, Braziliya, Türkiyə, Estoniya, İtaliya və Rumıniyadan olan güləşçilər də iştirak edir. Əsasən taktiki-texniki çalışmaların üstünlük təşkil etdiyi toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) yer alıb.

“İki sahil” xəbər verir ki, hazırlıq prosesi fevralın 21-dək davam edəcək.