12 fevral 2026 11:33
245

Meyvə bağları üçün ən riskli dövr, qış mövsümüdür

Şaxtalı hava, normadan artıq yağan qar, fırtına və başqa hadisələr meyvə bağlarına böyük təhlükə törədir.

“İki sahil” xəbər verir ki, şaxtalı hava, normadan artıq yağan qar, fırtına və başqa hadisələr meyvə bağlarına böyük təhlükə törədir. Meyvə bağlarını belə hallardan yalnız aqrar sığorta vasitəsilə qorumaq olar. Bağ sahibləri aqrar sığorta vasitəsilə meyvə bağlarını dövlət dəstəyi ilə sərfəli şərtlərlə sığortalaya bilirlər. Sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət özü ödəyir, ona görə də sığorta fermerlərə cüzi məbləğə başa gəlir.

Meyvə bağını sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciət etmək kifayətdir. Fermerlər aqrar sığorta haqqını Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi səhifəsində “Sığorta kalkulyatorları” bölməsinə daxil olaraq hesablaya bilərlər.