11 fevral 2026 22:27
106

Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin artımını qeyd ediblər

Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin və energetika sahəsində əməkdaşlığın artan dinamikasını qeyd ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Azərbaycan-Sloveniya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə Sloveniyanın xarici və avropa işləri naziri Tanya Fayon iqtisadi əlaqələrin yüksək inkişaf tempini vurğulayıb və qeyd edib ki bu, ticarət həcminin artımında və energetika sahəsində əməkdaşlıqda öz əksini tapır", - məlumatda qeyd olunub.

Görüş zamanı o, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayıb.