Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.
“İki sahil” xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana bu ölkənin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
Hazırda ikitərəfli gündəlikdə duran məsələlərin əhatə dairəsinin genişləndiyini və yeni məzmunla zənginləşdiyini bildirən Azərbaycan Prezidenti vurğulayıb ki, müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.
Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir
Səfir: Türkiyə-Azərbaycan münasibətləri Cənubi Qafqazda daha geniş iqtisadi inteqrasiyaya zəmin yaradır
Vens sülh gündəliyinin irəli aparılmasında İlham Əliyevin liderliyini vurğulayıb
Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub - Prezident İlham Əliyev