AQEM Qadınlar Şurasının yaradılması təşəbbüsü çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və qadınların davamlı inkişafa nail olmaları üçün praktiki mexanizmlərin inkişafı baxımından mühüm addımdır. Çünki, bugün qadınların ölkələrimizin sosial-iqtisadi inkişafındakı rolu getdikcə daha da əhəmiyyətli olur.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Məclisinin sosial və mədəni inkişaf komitəsinin katibi Nurgül Tau “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı müzakirələrdə deyib.
O vurğulayıb ki, qadınlar sahibkarlıq, təhsil, səhiyyə, mədəni və ictimai həyatda fəal iştirak edirlər. Onların töhfəsi insan kapitalının inkişafına, əhalinin həyat keyfiyyətinin yüksəlməsinə və yerli icmaların dayanıqlılığına birbaşa təsir göstərir.
“Məşğulluğun dəstəklənməsi, kiçik və orta biznesin inkişafı, təhsil və sosial xidmətlərə çıxışın genişləndirilməsi qadınların iqtisadi müstəqilliyinin möhkəmlənməsinə və ailələrin rifahının yüksəlməsinə töhfə verir. Həmçinin infrastrukturun inkişafı və gənclərin özünüreallaşdırması üçün imkanların yaradılması mühüm amillərdən biridir. Xüsusilə qadınların rəqəmsal transformasiyada iştirakının genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, innovativ təşəbbüslərdə qadın sahibkarlığının dəstəklənməsi də əhəmiyyətlidir. Qadınlar tez-tez kreativ sənayelər, sosial iqtisadiyyat və texnoloji həllər sahəsində layihələrin təşəbbüskarları olurlar. Bu cür təşəbbüslərin dəstəklənməsi iqtisadiyyatın şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və rəqabətqabiliyyətli sahibkarlıq mühitinin inkişafına töhfə verir”, - deyə Nurgül Tau bildirib.
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
TBMM rəsmisi: Münasibətlərimizi qardaşlıqla yanaşı, birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq əzmindəyik