ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta gündəlik neft hasilatını 540 min barel səviyyəsində proqnozlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın fevral ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
2027-ci il üçün neft hasilatı proqnozu qurumun yanvar proqnozu ilə müqayisədə eyni qalıb.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 550 min barel olacağı gözlənilir ki, bu da yanvar ayında verilən proqnozla müqayisədə eynidir.
2027-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 540 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.
Agentlik, həmçinin 2027-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.
Aİ qaz idxalının təsdiqi qaydalarını yumşaldır, Azərbaycan və Rumıniya üçün yeni imkanlar yaranır
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər