06 fevral 2026 12:31
95

Əbu- Dabi görüşləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə yeni töhfələr verəcək

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla keçirdiyi görüşlər səmərəli nəticələrlə  diqqət çəkid.  Səfər zaman digər mühüm məqam, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş oldu. Sözügedən görüşdə iki ölkə arasındakı sülh məsələsi geniş müzakirə olundu və qarşılıqlı etimadın daha da güclənməsi bir vəzifə kimi irəli sürüldü.

 Xatarladaq ki, bir neçə il əvvəl bu xarakterli görüşlər əlçatmaz görünürdü. Çünki illər uzunu Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmirdi. Lakin Müzəffər Ali Baş Komandanmız İlham Əliyevin siyasi qətiyyəti və Ordumuzun qəhrəmanlığı nəticəsində 2020-ci  ildəki 44 günlük Vətən müharibəsində  və 2023-cü ilin sentyabrın 19-da keçirilən bir günlük lokal antierror tədbirlərində əldə edilən şanlı Zəfərlərimiz  nəticəsində Qarabağ erməni separatçılarından birdəfəlik təmizləndi. Bununla da  Ermənistanın bütün  hərbi-siyasi planları  darmadağın edildi. İndi ermənilər Azərbaycanın diqtə etdiyi haqlı şərtləri qəbul etməyə məcburdur.

 Məhz bu səbəbdəndir ki, Azərbaycan  Prezidenti İlham Əliyevlə  Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlərdə sülhə dair müzakirələrin keçirilməsi davamlıdır. Bu istiqamətdə Azərbaycan dövləti daha çox hümanastlik prinsiplərinə, gələcəkdə normal qonşuluq ənənələrinin  yaranmasına önəm verir.

Təbii ki, Ermənistan hakimiyyəti də bu reallağa uyğun hərəkət etməyə məcburdur.  Eyni zamanda, hər iki ölkə liderinin  Əbu-Dabidə baş tutan görüşləri ötən ilin avqustunda  Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş sülh sammitin davamı idi. Lakin daha vacib olan başqa məqamdır: sülh istəyi artıq sözdə deyil, real əməldə özünü göstərir. Xüsusilə son bir neçə ay ərzində hər iki ölkə arasında ticarət əlaqələrinin başlaması, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, taxılın Azərbaycan ərazisindən tranziti – bütün bunlar Bakıda qəbul edilən qətiyyətli və düşünülmüş qərarların nəticəsidir. Məlumdur ki, Məhz Prezident İlham Əliyev Ermənistana tranzitə icazə verərək ilk humanist addımı atdı. Noyabr ayında müvafiq qərar qəbul olundu və artıq dekabrda Azərbaycan ərazisindən Ermənistana Qazaxıstan buğdası ilə yüklənmiş ilk vaqonlar yola salındı, ardınca isə Rusiyadan tədarüklər başladı. Bu gün artıq söhbət yüzlərlə ton taxıldan gedir.

Bu gün Azərbaycanla Ermənistan arasında  müzakirə olunan və əsas məsələlərdən biri də  TRIPP layihəsi, yəni Zəngəzur dəhlizidir. Bu layihə regional ticarətin artmasına və bölgədə hər iki ölkənin iqtisadi gücnün yüksəlməsinə, ən başlıcası isə doğma Azərbaycandan ayrı düşmüş Naxçıvan Muxtar Respubliksının blokadadan çıxmasına imkan yaradacaq.

Hazırda regionumuzda yeni bir reallıq formalaşır. Burada regionun gələcək istiqamətini məhz infrastruktur və iqtisadiyyat müəyyən edəcəkdir. Prezident İlham Əliyevin strategiyası bütün səviyyələrdə – hərbi, siyasi, iqtisadi və diplomatik müstəvilərdə öz effektivliyini sübut edib. Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, eyni zamanda, qələbəni dayanıqlı sülh prosesi ilə möhkəmləndirib.

Ən başlıcası isə odur ki, Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin keçirdikləri səmimi görüşlər  beynəlxalq aləm tərəfindən də dəstəklənir. Çünki,  Azərbaycan- Ermənistan sülh danışıqları müasir dövrümüzün ən uğurlu sülh prosesidir.  Diqqət etsək görərik ki, bu gün dünyanın bəzi nöqtələrində qanlı müharibələr, qarşıdurmalar davam edir. Lakin müharibə tərəfləri arasında sülh proses yaratmaq isə hələ də mümkün deyildir. Çünki bu müharibələrdə hələ də qalib tərəf yoxdur. Lakin Azərbaycan qalib olduğu üçün Ermənistanı sülh proseslərinə cəlb edə bildi. Həm də ən ədalətli yollarla.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri